Rusiyanın Kazan şəhərində azərbaycanlı iş adamı Hüseyn Qəhrəmanova aid olan “Admiral” ticarət mərkəzi yanıb. Rusiyanın Kazan şəhərində azərbaycanlı iş adamı Hüseyn Qəhrəmanova aid olan “Admiral” ticarət mərkəzi yanıb.

Kazanda azərbaycanlının ticarət mərkəzi yandırıldı: 5 ölü (VİDEO)

Rusiyanın Kazan şəhərində azərbaycanlı iş adamı Hüseyn Qəhrəmanova aid olan “Admiral” ticarət mərkəzi yanıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Tatar-inform" saytı yayıb.

Yanğından sonra 5 nəfərin meyiti tapılıb, qalıqlar arasında isə 25 nəfərin qaldığı deyilir.

15 nəfərə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.


Bu faktı Tatarıstanın səhiyyə naziri Adel Vafin təsdiq edib.

Hüseyn Qəhrəmanov "LifeNews" telekanalına müsahibəsi zamanı bildirib ki, ticarət mərkəzinin yandırılması haqda ona bir il öncə xəbərdarlıq edilib: "Kim tərəfindən edildiyini isə bilmirəm. Bu faciənin yaşanmaması üçün isə gecə-gündüz ticarət mərkəzini qohumlarım və dostlarımla mühafizə edirdik, ancaq görünür ki, buna nail ola bilməmişik".