“Bir sıra kütləvi informasiya vasitələri tərəfindən Milli Təhlükəsizlik Nazirliyinin Tərtər rayonunda əməliyyat keçirməsi barədə yayılan məlumatlar səhvdir”. “Bir sıra kütləvi informasiya vasitələri tərəfindən Milli Təhlükəsizlik Nazirliyinin Tərtər rayonunda əməliyyat keçirməsi barədə yayılan məlumatlar səhvdir”.

MTN-dən Tərtər əməliyyatı ilə bağlı açıqlama

“Bir sıra kütləvi informasiya vasitələri tərəfindən Milli Təhlükəsizlik Nazirliyinin Tərtər rayonunda əməliyyat keçirməsi barədə yayılan məlumatlar səhvdir”.



Bunu APA-nın sorğusuna cavab olaraq, MTN-in İctimai Əlaqələr İdarəsinin rəhbəri Arif Babayev deyib.

"Bəzi kütləvi informasiya vasitələri tərəfindən Milli Təhlükəsizlik Nazirliyinin Tərtər rayonunda dini radikallara qarşı əməliyyat tədbirləri keçirməsi barədə məlumatlar verilib. Bu əməliyyat nəticəsində tutulanlar barədə nə deyə bilərsiniz?" sualına cavab verən Arif Babayev bildirib ki, MTN tərəfindən Tərtər rayonunda əməliyyat keçirilməyib: "Qeyd etdiyiniz əməliyyat-axtarış tədbirləri ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etmək lazımdır".