Rusiyanın Kazan şəhərində azərbaycanlı iş adamı Hüseyn Qəhrəmanova aid olan “Admiral” ticarət mərkəzininin yanma səbəbləri açıqlanıb. Rusiyanın Kazan şəhərində azərbaycanlı iş adamı Hüseyn Qəhrəmanova aid olan “Admiral” ticarət mərkəzininin yanma səbəbləri açıqlanıb.

Kazanda yanan ticarət mərkəzindən yeni xəbər - 30 ölü ola bilər

Rusiyanın Kazan şəhərində azərbaycanlı iş adamı Hüseyn Qəhrəmanova aid olan “Admiral” ticarət mərkəzininin yanma səbəbləri açıqlanıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumat "RİA Novosti" agentliyində yer alıb.
Məlumatda deyilir ki, yanmanın elektrik naqillərinin qısa qapanmasından sonra baş verdiyi deyilir.

Şahidlərin sözlərinə görə yanğınsöndürmə qüvvələri də hadisə yeriə gec çağırılıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı bildirib ki, qalıqlar altında 25 nəfər qalıb: "Onlar sağ çıxarılmasalar, ölənlərin sayı 30 nəfərə çatacaq".

Qeyd edək ki, artıq 5 nəfərin meyiti tapılıb. Xeyli sayda insanın isə müxtəlif xəsarətlərlə xəstəxanalara aparıldığı bildirilir.