Şəkidə intihar hadisəsi baş verib. Şəkidə intihar hadisəsi baş verib.

Şəkidə ruhi xəstə özünü asdı

Şəkidə intihar hadisəsi baş verib.



Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Şəki şəhəri Qulam Axundov küçəsi, ev 5 ünvanında qeydə alınıb. 1956-cı il təvəllüdlü, Vəlyəddin İlyas oğlu Xalıqov özünü yaşadığı evdə asaraq intihar edib. 59 yaşlı Vəlyəddin Xalıqovun ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.