Nizami rayonundakı məhəllələrdən birində iki qonşular arasında narazılıq yaranıb. Nizami rayonundakı məhəllələrdən birində iki qonşular arasında narazılıq yaranıb.

ANS-in müxbirinə və kamerasına hücum edildi- VİDEO

Nizami rayonundakı məhəllələrdən birində iki qonşular arasında narazılıq yaranıb.

ANS TV-nin məlumatına görə, Bakının Nizami rayonu, Rizvan Teymurov küçəsi, 28a ünvanında yaşayan Sürəyya Mərdəliyeva deyir ki, qonşusu Zülfiqar Nəbili ona gün verib, işiq vermir. Səbəbsə yuxarı mərtəbədəki qonşusunun mənzilindən onun evinə çirkab suyunun axıdılmasıdır. Belə ki, yuxarı mərtəbədəki mənzilin sahibi Zülfiqar Nəbili evini kirayəyə verib. Özü isə yaxınlıqdakı binaların birində yaşıyır.

Müsahibimin sozlərinə görə, kirayədə yaşayan əcnəbi vətəndaş son üç il ərzində ona əziyyət edir. Hətta Sürəyya xanım məcbur olub o, öz hesabına usta gətirib ki, yuxarı mərtəbədəki mənzilin su borularını təmir etdirsin. Ancaq ev sahibi buna da razı olmayıb. Sürəyya xanım bununla bağlı aidiyyatı qurumlara da şikayət edib. Hətta faktı təsiqləyən akt da tərtib edilib.

Şikayətçi Sürəyya Mərdəliyevanın sözlərinə görə, 8 mart günüdə ev qız-olğlanla dolu olub, səs-küydən qulaq tutulurmuş.

Sonra müsahibimlə birlikdə Zülfiqar Nəbilinin yaşadığı mənzilə gəldik. Zülfiqar Nəbili qapını açar-açmaz bizi təhqir edərək, üstümüzə hücum çəkdi - mikrafon və kameramıza əl ataraq.

Məsələ ilə bağlı Nizami rayon icra hakimiyyətinin ictimai-siyasi şöbəsinin rəhbəri Babək Tatlıyev bildirdi ki, artıq həmin ünvana baxış keçirilib. Buna görə də şikayətçi xanım məhkəməyə müraciət etməlidir.

"Bu məsələ qarşılıqlı razılıq əsasında sülhlə həll olunmalıdır. Əgər tərəflər öz aralarında razılıq əldə edə bilmirlərsə, o zaman məhkəməyə müraciət etməlidirlər".

İndi Sürəyya xanım ya məhkəməyə müraciət etməli, ya da "Qonşun pisdir, köç qurtar" atalar sözünü əsas tutaraq yeni mənzil axtarışına çıxmalıdır.