14:43
(077) 610-22-33

Kazanda yaralanan soydaşımızın şəxsiyyəti məlum oldu- VİDEO

  • >
1 754 13 Mart 2015 18:00 | Hadisə

Kazanda “Admiral” ticarət mərkəzində yanğın zamanı ağır yaralanan Azərbaycan vətəndaşlarından birinin şəxsiyyəti müəyyən olunub.




Tatarıstan Respublikası Azərbaycanlılar Konqresinin sədri Ziyafət Qasımov APA-ya açıqlamasında bildirib ki, bu, əslən Masallı rayonundan olan Tağıyev Salam Bəxtiyar oğludur.

S. Tağıyevin hər iki ayağı sınıb, hazırda o, 7 saylı Kazan şəhər xəstəxanasındadır. Həmyerlimiz ticarət mərkəzində ticarətlə məşğul olurmuş.

Z. Qasımov onu da deyib ki, ticarət mərkəzində ölənlər arasında azərbaycanlıların sayının daha çox olduğu bildirilir və hazırda onların adlarının müəyyənləşdirilməsinə çalışılır: "Bizdə olan son məlumata görə, şəhər morqunda biri azyaşlı olmaqla, iki azərbaycanlının meyiti var. Aidiyyəti orqanların məlumatları məxfi saxlamasına çalışmalarına baxmayaraq, biz onların adlarının dəqiqləşdirilməsinə çalışırıq".

Qeyd edək ki, baş verən yanğın nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Bağla X