Külli miqdarda narkotik vasitəni dövlət sərhədindən keçirməyə cəhd edən qrup Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində ifşa olunub. Külli miqdarda narkotik vasitəni dövlət sərhədindən keçirməyə cəhd edən qrup Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində ifşa olunub.

Narkotik qaçaqmalçıları tutuldu

Külli miqdarda narkotik vasitəni dövlət sərhədindən keçirməyə cəhd edən qrup Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində ifşa olunub.


ANS PRESS-in DSX-nin saytına istinadən məlumatına görə, cari il martın 5-də saat 24:00 radələrində Cəlilabad rayonunun Dələli kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları qaçaqmalçılıq yolu ilə dövlət sərhədindən narkotik maddələri keçirən Salyan rayon sakinləri Hüseynov Rövşən Balaqardaş oğlunu və Mirzəyev Təlatun Abdul oğlunu "Mercedes" markalı "Az-99-NN-353" nömrə nişanlı avtomaşınla birlikdə saxlayıblar. Dövlət Sərhəd Xidməti əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq gözyaşardıcı qazdan istifadə etməklə hadisə yerindən qaçmağa cəhd göstərən şəxslər sərhədçilərin qətiyyətli hərəkətləri sayəsində yaxalanıblar.

Saxlanılan şəxslərin üzərilərinə baxış keçirilərkən 4 kiloqram tiryək, 4 mobil telefon, gözyaşardıcı bir qaz balonu aşkar edilərək götürülüb.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz keçmə), 206-cı (qaçaqmalçılıq), 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb, həmin cinayətin iştirakçılarına qeyd olunan maddələrlə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayəti törətmiş digər iştirakçıların müəyyən olunaraq məsuliyyətə cəlb olunması məqsədilə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.