Məlum olduğu kimi Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov teatrın sabiq aktyoru İbrahim Salamovu məhkəməyə verərək ondan şərəf və ləyaqətini alçatdığına görə 100 min manat təzminat istəyib. Məlum olduğu kimi Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov teatrın sabiq aktyoru İbrahim Salamovu məhkəməyə verərək ondan şərəf və ləyaqətini alçatdığına görə 100 min manat təzminat istəyib.

Aktyoru məhkəməyə verən direktor danışdı: “100 min versə...”

Məlum olduğu kimi Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov teatrın sabiq aktyoru İbrahim Salamovu məhkəməyə verərək ondan şərəf və ləyaqətini alçatdığına görə 100 min manat təzminat istəyib.



Bu olayla bağlı AzNews.az-a danışan Səxavət Məmmədov deyib ki, sabiq əməkdaşı mətbuat və sosial şəbəkələrdəki açıqlamaları ilə onun ictimai nüfuzuna xələl gətirib:
"İbrahim Salamovu ünvanıma səsləndirdiyi "Səxavət Məmmədov dələduzdur", "Saxtakar restoran direktoru", "Ədalət Vəliyev və Mingəçevir İcra Hakimiyyəti Səxavət Məmmədova himayədarlıq edir", "Alverci, şəristəsiz, saxta bilet satan dierktor" fikirlərinə görə məhkəməyə vermişəm. O da qoy məhkəmə qarşısında dediyi sözlərə cavab versin".

Direktor bu prosesdə aktyorla barışmayacağını da gizlətməyib.

Mingəçevir Dövlət Dram Teatrının rəsmisi aktyor İbrahim Salamovun onun haqda məhkəmə iddialarına da aydınlıq gətirib: "Öncə o, məni məhkəməyə verib. İstəyi də yenidən işə bərpa olunmaqdır. Biz bu məhkəmə prosesində iştirak edirik. Ayın 16-da bununla bağlı yenidən məhkəmə prosesi keçiriləcək. İnanıram ki, qanunun tələbilə qərar veriləcək".



Bahar RÜSTƏMLİ
AzNews.az