Azyaşlı piyada vuruldu- Gəncədə

Kəpəz TV (Region TV) xəbər verir ki, bu gün axşam saat 17 radələrində Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə 7-9 yaşlarında olan oğlan meydi gətirilib.

Mərhumun valideyinləri oğlanın ağacdan yıxılaraq öldüyünü bildirisələrdə həkimlər meyidi tibbi müayinədən keçirib və aydın olub ki, oğlan avtomobil tərəfindən vurularaq dünyasını dəyişib. Dərhal Gəncə şəhər Baş Polis İdarəsinə məlumat verilib.

Hazırda uşağı vuran avtomobilin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri aparılır. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinin müdiri Cavanşır Əliyev bildirib ki, valideyinlər ekspertizaya bilərəkdən yalan məlumat verməsi bədbəxt hadisədən sonra sürücü ilə onlar arasında sövdələşmədən xəbər verir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.