Ağdamda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Ağdamda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Ağdamda ağır yol qəzası- Sürücü öldü (FOTO)

Ağdamda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Əhmədağalı kəndində qeydə alınıb. 1971-ci il təvəllüdlü Quliyev Aqil Əhəd oğlu idarə etdiyi "Oka" markalı minik maşınını elektrik dirəyinə çırpıb.

Nəticədə nəqliyyat vasitəsi aşaraq yoldan çıxıb.

A.Quliyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı yerli hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.