Bakıda bir nəfərin ölümü digərinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bakıda bir nəfərin ölümü digərinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bakıda tələbələr yol qəzasına düşdü - ölən var

Bakıda bir nəfərin ölümü digərinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.



Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Yeni Dairəvi yolda qeydə alınıb.

Bakı şəhər sakini, Kooperasiya Universitetinin 2-ci kurs tələbəsi, 1994-cü il təvəllüdlü Bağır Kamran oğlu Məmmədzadənin idarə etdiyi 99-CX-857 dövlət nömrə nişanlı "Opel" markalı avtomobil idarəetməni itirərək maneəyə çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər, Bakı şəhər sakinləri, Kooperasiya Universitetinin 2-ci kurs tələbəsi, 1996-cı il təvəllüdlü Kamal Müşfiq oğlu İbadov və 1994-cü il təvəllüdlü Xarici Dillər Universitetinin 3-cü kurs tələbəsi Cəmşir Cavanşir oğlu Bayramov ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

C. Bayramov aldığı xəsarətlərdən Klinik Tibbi Mərkəzdə ölüb.