İtaliyanın Milan şəhərində Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə keçirilmiş “Xocalıdakı qırmızı mələk” tamaşasının rejissoru Nihad İsayev ermənilər tərəfindən təhdid edilir. İtaliyanın Milan şəhərində Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə keçirilmiş “Xocalıdakı qırmızı mələk” tamaşasının rejissoru Nihad İsayev ermənilər tərəfindən təhdid edilir.

Ermənilər azərbaycanlı rejissoru təhdid etdi - Xocalıya görə (FOTO)

İtaliyanın Milan şəhərində Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə keçirilmiş “Xocalıdakı qırmızı mələk” tamaşasının rejissoru Nihad İsayev ermənilər tərəfindən təhdid edilir.

Bu barədə Lent.az-a rejissorun özü bildirib.

Onun sözlərinə görə, hələ tamaşadan əvvəl 3 nəfər naməlim şəxs onu izləyirmiş. Amma qətliamla bağlı apardığımız kampaniya, habelə Milan nəqliyyatında avtobuslarda Xocalı genosidiylə bağlı təbliğat posterlərindən sonra izləmə aşkar hala keçdi." N. İsayevin sözlərinə görə, tamaşa nümayiş olunan gün yenə həmin 3 nəfərlə qarşılaşıb. "Onların məni niyə izlədiyini də başa düşmürdüm. Maraqlıdır ki, tamaşadan sonra ermənilər elə teatr binasının qarşısında Azərbaycan əleyhinə vərəqələr paylayırdılar. Bu 3 nəfər isə onlara istiqamət verirdi".

Rejissorun dediyinə görə, cümə günü axsam həmin 3 nəfər onu yaşadığı evin yaxınlığında gözləyərək söhbətə çağırıblar. "Məni söhbət etməyə dəvət etdilər. Söhbət əsnasında onlardan biri (özünü Mika kimi təqdim edib) mənə dedi ki, cavan oğlansan, başını hər yerə soxma. Qarabağla bağlı tamaşalar nümayiş etdirib, başını ağrıtma. Mən ona incəsənətlə məşğul olduğumu və bu işi bundan sonra da görəcəyimi dedim. Mika adlı həmin erməninin axırıncı sözü bu oldu ki, bir də bu cür tədbirlər təşkil etsən, başın pis ağrıyacaq".

Rejissorun dediyinə görə, artıq baş verənlərlə bağlı Azərbaycanını İtaliyadakı səfirliyinə məlumat verib. Milanın Porta Romana rayonunun Lodi ərazi polis idarəsinə də müraciət edən Nihad İsayev ərizə yazaraq təhdid olunduğunu bildirib.