Üç ay əvvəl Moskva vilayətində itkin düşən 17 yaşlı Qumru Mirsaleh qızı Əhmədovanın ölümü ilə bağlı ilkin ekspertiza rəyi açıqlanıb. Üç ay əvvəl Moskva vilayətində itkin düşən 17 yaşlı Qumru Mirsaleh qızı Əhmədovanın ölümü ilə bağlı ilkin ekspertiza rəyi açıqlanıb.

17 yaşlı azərbaycanlı qızın ölümü ilə bağlı ekspertiza rəyi

Üç ay əvvəl Moskva vilayətində itkin düşən 17 yaşlı Qumru Mirsaleh qızı Əhmədovanın ölümü ilə bağlı ilkin ekspertiza rəyi açıqlanıb.


Rusiya hüquq-mühafizə orqanlarından APA-nın Moskva müxbirinə verilən məlumata görə, Qumru Əhmədova donvurmadan ölüb. Onun qarlı-buzlu havada yıxılaraq huşunu itirdiyi və donvurmadan öldüyü bildirilib. Ekspertiza rəyində Q. Əhmədovanın meyiti üzərində hər hansı zorakılıq əlamətlərinin aşkarlanmadığı qeyd olunub.

Moskva vilayətinin Dolqoprudnıy şəhərindəki Azərbaycan diasporunun rəhbəri Namus Nağıyev APA-ya bildirib ki, ekspertiza Q. Əhmədovanın qanından da nümunə götürüb: "Qumru son dəfə sinif yoldaşları ilə birlikdə məclisdə olub. Orda onun yeyib-içməyinə nəsə qatılıb-qatılmaması sualının cavabı yalnız qanın ekspertizasından sonra məlum olacaq. Qumrunun yıxılıb huşunu itirməsinin səbəbi də qanın ekspertizasından sonra aydınlaşacaq".

Qeyd edək ki, ötən il dekabrın 26-da itkin düşən Moskva vilayəti Dolqoprudnıy şəhərinin sakini Qumru Əhmədovanın meyiti martın 15-də axşam saatlarında itkin düşdüyü yerdən 10 dəqiqəlik məsafədə yerləşən kombinatın həyətində aşkar olunub. Hüquq-mühafizə orqanları Q. Əhmədovanın ailəsinə bu barədə məlumat verib. Bu gün səhər saatlarında ailəsi cəsədə baxış keçirib və onun Qumru Əhmədova olduğunu təsdiqləyib. Cəsədin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. Üstündəki telefon, qızıl əşyalara da toxunulmayıb.