16:49
(077) 610-22-33

Xətai rayonunda növbəti “ağac qətliamı“- FOTOLAR

  • >
1 728 16 Mart 2015 22:07 | Hadisə

Xətai rayonu sakinləri redaksiyamıza müraciət edərək, rayon ərazisində olan yaşıllıqların məhv edildiyini bildiriblər.


Sakinlər deyirlər ki, ərazidə olan bir neçə küçədə ağacları kəsərək, onların yerində ticarət obyektləri tikirlər. Şikayət əsasında adıçəkilən ünvana yollandıq.

Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsində və rayon ərazisində olan digər bir küçədə ağaclarlar bəzilər kəsilmişdi, bəziləri də kəsilmək üzrə idi. M.Hadi küçəsində yolun kənarında, "Ultra Med" tibb mərkəzi və 6 nömrəli şəhər poliklinikasına gedən yolun kənarında olan yaşıllıq ərazinin bir hissəsi məhv edilib.

Kəsilən ağacların yerində artıq qeyri-yaşayış obyekti tikilir. Artıq obyektin təməli də qoyulub, ərazi betonlanıb. Obyektin önündə qoyulmuş məlumat lövhəsinə inansaq, tikinti işləri martın 5-dən etibarən başlanıb. Amma bu məlumat da şübhəlidir.

Belə ki, 11 gün ərzində tikinti işləri bu səviyyəyə çata bilməzdi. Bundan əlavə, məlumat lövhəsində sifarişçi, layihəçi və podratçı haqqında məlumat verilməyib.

Yerli sakinlərin verdikləri məlumata görə, tikinti başlandığı gündən etibarən ərazidə 20-yə yaxın gənc ağac məhv edilib: "Əvvəlcə buranı hasara aldılar. Sonra gecə ilə ağacları kəsdilər. Sonra da dərhal tikintiyə başladılar. Tikintinin kim tərəfindən aparıldığını bilmirik. Bildiyimiz budur ki, hər şeyin səbəbkarı İcra Hakimiyyətdir. Heç kim onlardan xəbərsiz daşı-daş üstünə qoya bilməz. Deməli, burada tikinti işi aparan sahibkar buranı alıb. Başqa cür ola da bilməz. Ümumiyyətlə, bizim icra başçımız bu sahədə yaxşı tanınıb. Yaşıllığı məhv edib, yerində tikinti işləri aparmaq üçün ən ideal şəraiti bizim icra başçımız yaradır. Rayon və qəsəbə ərazisində bu zamana kimi dəfələrlə bu formada ağaclar məhv edilib və yerində çoxmərtəbəli binalar tikilib".

Əhmədli qəsəbəsinin digər bir küçəsində isə ağacların kəsilməsinə hazırlıq gedir. Belə ki, kəsilməsi və hasara alınaraq, ticarət obyektinin inşası planlaşdırılan əraziyə artıq tikinti daşları da tökülüb. Yaxın günlərdə ərazini hasara alaraq, ağacları kəsib, tikintiyə başlanılacaq.

Xətai rayonu Vunq-Tau prospektində də eyni vəziyyətdir. Burada da yolun sağ tərəfində ağaclar kəsilərək, ərazi hasarlanıb. Tikinti işlərinə hazırlıq gedir. Və bütün bunlar Xətai rayon İcra Hakimiyyətinin gözü qarşısında baş verir.

Bütün bunlar Xətai rayonunun icra başçısı Razim Məmmədovun yaşıllıqlara qarşı törətdiyi nə ilk, nə də son "qətliamı" deyil. Misal üçün bir neçə ay öncə İnqilab İsmayılov küçəsində ağacların kəsilməsi haqda məlumat vermişdik. Sakinlər gecə həmin əraziyə gələrək, ağacları kəsən şəxslərə qarşı etiraz etmişdilər. Həmin vaxt bu məsələ öz həllini tapmışdı.

Bundan əlavə, Əhmədli qəsəbəsində Neapol dairəsi yaxınlığında, Telnov küçəsindəki ağacları da yuxarıda sadaladıqlarımıza misal çəkmək olar.

Razim Məmmədov yaşıllıqların məhv olacağını düşünmədən müxtəlif şəxslərə rayonun istənilən ərazisində tikinti işlərinin aparılmasına icazə verir.

Musavat.com
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description
Bağla X