20:36
(077) 610-22-33

Avtovağzal yaxınlığındakı yollar da genişləndirilir

  • >
1 661 17 Mart 2015 14:57 | Hadisə

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Bakı şəhərində xidmət etdiyi avtomobil yolları, prospekt və küçələr üzrə zəruri olan hissələrdə genişləndirilmə işləri davam etdirilir.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumat "Azəryolservis" ASC-dən Trend-ə bildirilib.

Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Rəşid İsmayılov küçəsində hərəkət zolaqlarının artırılması istiqamətində işlər həyata keçirilir. Sözügedən küçənin X.Natəvan küçəsi ilə kəsişməsindən Bakı-Quba yolunun 7-ci km-də yerləşən yolötürücüsünə qədər olan hissəsində genişləndirmə işləri aparılır.

X.Natəvan küçəsi ilə kəsişməsindən Avtovağzal dairəsinə qədər olan hissəsi hər bir zolağı 3,75m olmaqla 3 hərəkət zolaqlı, Avtovağzal dairəsindən X.Natəvan küçəsi ilə kəsişməsinədək olan hissəsi isə hər zolağı 3,5m olmaqla 2 hərəkət zolaqlı avtomobil yolu və avtobuslar üçün eni 7,5m olan zolaq və cib nəzərdə tutulub. Bundan əlavə, həmin ərazidə yerləşən dairənin kiçildilməsi planlaşdırılır. Yeni layihəyə əsasən dairənin radisu 11m, diametri isə 22m təşkil edəcək.

Dairədən Avtovağzal istiqamətinə olan 110 metrlik məsafə 4 gediş-4 gəlişdən ibarət olacaq. Əlavə olaraq avtobuslar üçün hərəkət zolağı və dayanacaq inşa olunacaq. Eyni zamanda Bakı-Quba yolunun yenidən qurulmuş 6-9km köməkçi hissəsindən Avtovağzal istiqamətinə olan sahəsində eni 3,5m olan yeni zolaq salınacaq. Hazırda ərazidə yol geyiminin tikintisinə start verilib. Hava şəraiti normal keçərsə, işlərin yaxın bir ay ərzində tamamlanması gözlənilir. Nəzərdə tutulan yenidənqurma işlərindən sonra yeni inşa olunmuş dairəvi qovşaq və zolaqlar hesabına həmin ərazidə nəqliyyat sıxlığı aradan qaldırılacaq.
image description image description
Bağla X