20:40
(077) 610-22-33

Azərbaycan Beynəlxalq Bankının prezidenti istefa verdi

  • >
4 229 18 Mart 2015 22:17 | Hadisə

Azərbaycan Beynəlxalq Bankının prezidenti Cahangir Hacıyev istefa verib.



Bankdan APA-ya verilən məlumata görə, Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının 18 mart 2015-ci il tarixində keçirilmiş iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barəsində ərizəsi təmin edilib.

İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib.

Azərbaycan dövlətini Bankda təmsil edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin iclasda ölkənin ən iri bankının inkişafına gələcəkdə də tam dəstək olacağını bildirib.
Bağla X