Bakı şəhərində Dövlət Yol Polisinə məxsus olan xidməti avtomobil vurulub. Bakı şəhərində Dövlət Yol Polisinə məxsus olan xidməti avtomobil vurulub.

Bakıda sərxoş sürücü polis avtomobilini əzdi - QƏZA

Bakı şəhərində Dövlət Yol Polisinə məxsus olan xidməti avtomobil vurulub.



AZNEWS.AZ xəbər verir ki, hadisə "Papanin"də "BMW" servisinin qarşısında qeydə alınıb.

"Renault" markalı minik avtomobili Dövlət Yol Polisinə məxsus olan 10 YP 532 dövlət nömrə nişanlı avtomobilin qarşısına çıxaraq qəza törədib.

Nəticədə hər iki avtomobilə güclü ziyan dəyib. Yaxınlıqda olan "Toyota Prado" markalı avtomobilin də əzildiyi deyilir.

Hadisə zamanı "Renault" markalı minik avtomobilinin sürücüsü içkili olub.