- Köhnə - Hadisə
- 19 Mart 2015 12:14
- 7 176
ATV-nin vitse-prezidentinin həyat yoldaşı intihar etdi - Bakıda faciə
Bakıda intihar hadisəsi baş verib.
Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Kərimova Mehparə Məmmədağa qızı yaşadığı evdə kəsici alətlə özünə xəsarət yetirib. Nəticədə o aldığı xəsarətdən dünyasını dəyişib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Qeyd edək ki, intihar edən qadın ATV-nin vitse-prezidenti Məqsəd Nurun həyat yoldaşıdır.