11:08
(077) 610-22-33

Vitse-prezidentin xanımının intiharında- Yeni təfərrüatlar

  • >
5 302 19 Mart 2015 21:02 | Hadisə

ATV-nin vitse-prezidenti Məqsəd Nurun həyat yoldaşı Mehparə Kərimovanın ölümündə bəzi təfərrüatlar məlum olub.

AzNews.az xəbər verir ki, Xəzər Rayon Prokurorluğundan azvision.az-a verilən məlumata görə, ilkin araşdırmalar zamanı məlum olub ki, M.Kərimovanın ölümündə həyat yoldaşı Məqsəd Nurun təqsiri rolu yoxdur.

"O intihar edən zaman yanında heç kim olmayıb. Ailə üzvləri də bu hadisədən xəbərsiz olublar. İlkin məlumata görə, mərhumun həyat yoldaşının da bu hadisədə rolu olmayıb.

Hadisə ötən gün baş verib. O, bıçağa oxşar alətlə özünə xəsarət yetirib. Meyit məhkəmə tibbi ekspertizadan keçirilib. Məlum olub ki, o intihar edib və yaralı vəziyyətdə xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib".

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Kərimova Mehparə Məmmədağa qızının ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir
Bağla X