12:19
(077) 610-22-33

Şahbaz Xuduoğlunun ailəsindəki faciədən 40 gün ötür...- FOTO

  • >
6 685 21 Mart 2015 12:07 | Hadisə

Şahbaz Xuduoğlunun həyat yoldaşının 40 mərasimi sabah keçiriləcək



"Qanun" Nəşrlər Evinin direktoru, jurnalist Şahbaz Xuduoğlunun ailə faciəsindən 40 gün ötür.

AzNews.az xəbər verir ki, onun həyat yoldaşı Könül Rüstəmxanlının yas mərasimi sabah jurnalistin yaşadığı ünvanda - Nəsimi rayonu, Füzuli küçəsi-73 ünvanında (Kapital bankın binasının həyətində) keçiriləcək.

Yas mərasimində qadınlar saat 14.00-dək, kişilər isə saat 14.00-dan sonra iştirak edə bilərlər.
Qeyd edək ki, faciə fevral ayının 11-də saat 15.30 radələrində Masallı-Yardımlı yolunda baş verib.

"Qanun" Nəşrlər Evinin sürücüsü Rafiq Mustafayevin idarə etdiyi 90-LB-944 dövlət nömrə nişanlı, "Toyota Prado" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə maşında olan Şahbaz Xuduoğlunun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin, jurnalistin bacısı 1974-cü il təvəllüdlü Əliyeva İlahə Xudu qızı isə ciddi xəsarət alıb.

Hazırda o, evdə müalicəsini davam etdirir.



Bağla X