00:27
(077) 610-22-33

Bakıda daha bir faciə

  • >
2 935 21 Mart 2015 22:48 | Hadisə

Bayram günü Bakıda ağır yol qəzası baş verib.

Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, paytaxtın Səbail rayonunda Bayraq meydanı istiqamətində ölümlə nəticələnən yol qəzası olub.

Belə ki, sürətlə hərəkət edən BMW markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerindəcə keçinib.

Şahidlərin sözlərinə görə, piyada zərbənin təsirindən havaya qalxaraq 15 metr kənara düşüb.

Ölən şəxsin evə getdiyi ehtimal edilir. Çünki əlində bayram bazarlığı olub və hamısı yola dağılıb.
Bağla X