14:35
(077) 610-22-33

Bayramda yollar qana bulandı

  • >
2 053 24 Mart 2015 11:12 | Hadisə

Azərbaycanda 4 qeyri iş günün 35 yol qəzası baş verib. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, qəzalarda 9 nəfər ölüb, 45 nəfər xəsarət alıb.


Verilən məlumat görə, martın 20, 21, 22 və 23-də baş verən 35 qəzanın 20-si paytaxtda qeydə alınıb. Paytaxtda baş verən qəzalar zamanı 5 nəfər ölüb, 22 nəfər xəsarət alıb.

Son üç gündə baş verən hadisələrin 60 faizi piyadavurma ilə bağlı olub. Piyadavurma hadisələri ən çox paytaxtın payına düşüb. Belə ki, 8 hadisədən 6-sı Bakıda baş verib. Ölüm hallarının hamısı bu faktlarla bağlıdır.

Ölümlə nəticələnən yol qəzalarının böyük əksəriyyəti axşam saatlarında baş verib. Belə ki, sutkanın qaranlıq vaxtı yol qəzaları zamanı 7 nəfər ölüb, 23 nəfər xəsarət alıb.
Bağla X