Martın 19-da qoşunların təmas xəttində təxribat törədərkən yaralanmış Ermənistan ordusunun əsgəri Samvel Sasuni Hakopyan hospitalda ölüb. ANS PRESS-in məlumatına görə, 20 yaşlı əsgər Xankəndi hospitalında 1 saat 10 dəqiqə əvvəl keçinib. Martın 19-da qoşunların təmas xəttində təxribat törədərkən yaralanmış Ermənistan ordusunun əsgəri Samvel Sasuni Hakopyan hospitalda ölüb. ANS PRESS-in məlumatına görə, 20 yaşlı əsgər Xankəndi hospitalında 1 saat 10 dəqiqə əvvəl keçinib.

Erməni ordusu yenə itki verdi

Martın 19-da qoşunların təmas xəttində təxribat törədərkən yaralanmış Ermənistan ordusunun əsgəri Samvel Sasuni Hakopyan hospitalda ölüb. ANS PRESS-in məlumatına görə, 20 yaşlı əsgər Xankəndi hospitalında 1 saat 10 dəqiqə əvvəl keçinib.



Qeyd edək ki, martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralamışdı.

Ermənistanın Müdafiə Nazirliyi cəbhədə ölən əsgərlərin analarının ölkənin hərbi-siyasi rəhbərliyinə qarşı qəzəbinin artmasından ehtiyat edərək uğursuz hərbi əməliyyatları və itkilərinin sayı barədə məlumatları qəsdən gizlədir, xalqın fikrini yayındırmağa çalışırlar.

Silahlı Qüvvələrimizin tank bölmələrinin heyətləri qarşısında çıxış edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov ermənilərin son vaxtlar cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə törətdikləri təxribatlara cavab olaraq bildirib ki, düşmən birmənalı olaraq anlamalıdır ki, o özgə torpağına soxulub və sağ-salamat qalmasının yeganə yolu işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməsidir. Əks təqdirdə düşmənin cəbhədəki hər bir hərəkətinin qarşısı hərbi qulluqçılarımız tərəfindən daha amansız alınacaq, vurulacaq zərbə isə ölümcül olacaqdır.

Müdafiə Nazirliyi bildirir ki, cəbhədəki döyüş toqquşması barədə təsdiqedici materiallar əlavə olaraq təqdim ediləcəkdir.