20:25
(077) 610-22-33

150 nəfərin öldüyü təyyarə qəzasıyla bağlı SENSASİON AÇIQLAMA

  • >
2 405 26 Mart 2015 17:54 | Hadisə

Təyyarəni köməkçi pilot qəsdən dağa çırpıb


Martın 24-də Fransanın cənubunda qəzaya uğrayan Almaniya hava yollarına aid təyyarə ilə bağlı şok məlumatlar aşkarlanıb.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, qəzanı araşdıran Fransanın Marsel şəhərinin prokurorluğu təyyarənin köməkçi pilot tərəfindən qəsdən düşürüldüyünü açıqlayıb.

Prokuror 150 nəfərin öldüyü qəzayla bağlı belə deyib: "Görünən odur ki, köməkçi pilot təyyarəni qəsdən dağa çırpıb". Qəzayla bağlı araşdırmaları davam etdirən prokurorun sözlərinə görə, əsas pilotun kabinadan çöldə olduğu anda köməkçi pilot qapını açmayıb və bu zaman təyyarənin hündürlüyünü məqsədli şəkildə azaldıb.

Bu məlumatları qara qutunun oxunulmasından sonra əldə etdiklərinin bildirən fransız prokuror "hadisə birmənalı olaraq qəza deyil" deyib: "Köməkçi pilot son ana qədər normal nəfəs alır, ancaq bir kəlmə də danışmır. Hazırda onun şəxsi çevrəsi araşdırılır".
Bağla X