Bu gecə Azərbaycanda iki ev yanıb. Bu gecə Azərbaycanda iki ev yanıb.

Azərbaycanda 2 ev yandı

Bu gecə Azərbaycanda iki ev yanıb.



AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, ilk yanğın hadisəsi Bakı şəhəri, Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının, mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 30 kv.m sahədə yanıb.

İkinci yanğın isə Quba rayonu, Xucbala kəndində olub. Vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli mansard tipli evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m sahədə, 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m sahədə və mansardın yanar konstruksiyaları 60 kv.m sahədə yanıb.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.