11:00
(077) 610-22-33

Daha bir təyyarə qəzası baş verdi - VİDEO

  • >
3 127 29 Mart 2015 23:47 | Hadisə

Fransanın Alp dağlarında qəzaya uğrayan sərnişin təyyarəsindən sonra daha bir təyyarə qəzaya düşüb.



AzNews.az xəbər verir ki, hadisə Kanadanın Qalifaks şəhərində qeydə alınıb.

Belə ki, göyərtəsində 132 sərnişin və 5 ekipaj üzvü olan və "Air Canada" avia şirkətinə məxsus olan A320 sərnişin təyyarəsi eniş vaxtı uçuş zolağından kənara çıxıb.


Toronto şəhərindən "АС624" reysilə uçan təyyarədə 25 nəfərin xəsarət aldığı deyilir.

Sərnişin təyyarəsinin qəzaya düşməsi haqda hələlik rəsmi açıqlama verilmir, ancaq aeroportdan verilən məlumata görə, güclü qar ərazidə ciddi fəsadlar törədib.


Bağla X