05:17
(077) 610-22-33

2 nəfəri döyərək onlardan pul alan şəxslər tutuldu

  • >
1 116 30 Mart 2015 13:27 | Hadisə

Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakinləri Şamxal Bağırov və Famil Babazadə tutulub.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, Lənkəran şəhərində şəxsiyyəti məlum olmayan 4 nəfər Şamaxı rayon sakinləri Cəsarət Əmrahovu və Ruslan Mirzəyevi zorla "Chevrolet" markalı avtomobilə oturdub Aşağı Nüvədi kəndinə apararaq döyüb və bıçaqla hədələyərək onlardan 1400 manat alıb.

Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən Aşağı Nüvədi kənd sakinləri Şamxal Bağırov və Famil Babazadə tutulublar.


Lənkəran ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Bağla X