Bakıda “Merecedes” markalı minik avtomobili yanıb. Bakıda “Merecedes” markalı minik avtomobili yanıb.

Bakıda “Mercedes” yandı – Sərnişin xəstəxanaya aparıldı

Bakıda “Merecedes” markalı minik avtomobili yanıb.



AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili yolun kənarındakı elektrik dirəyinə çırpılaraq yanğın hadisəsi baş verib.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.

Avtomobildə olan sərnişin aldığı bədən xəsarətlərindən yanğınsöndürənlər tərəfindən Təcilli Tibbi yardım xidmətinə təhvil verilib.


Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.