Bakı şəhərində çox mərtəbəli yaşayış binasında yanğın olub. Bakı şəhərində çox mərtəbəli yaşayış binasında yanğın olub.

Bakıda yaşayış binasında yanğın – 20 nəfər təxliyyə edildi

Bakı şəhərində çox mərtəbəli yaşayış binasında yanğın olub.



AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, çox mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 28-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli və 1-ci mərtəbənin girişində 6 kv.m sahədə məişət tullantıları yanıb.


Yanğın zamanı binadan 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.