Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, keçmiş deputat Fikrət İsmayılov dünyasını dəyişib. Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, keçmiş deputat Fikrət İsmayılov dünyasını dəyişib.

YAP rayon təşkilatının sədri vəfat etdi

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, keçmiş deputat Fikrət İsmayılov dünyasını dəyişib.



YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev APA-ya açıqlamasında bildirib ki, 81 yaşlı F.İsmayılov bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Fikrət İsmayıl oğlu İsmayılov 1935-ci il yanvarın 3-də Naxçıvan şəhərində müəllim ailəsində anadan olub. Üzeyir Hacıbəyov adına Naxçıvan şəhər 1 saylı oğlan orta məktəbini, daha sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat və istehsalat əsasları ixtisası üzrə bitirib. 1960-cı ilin noyabr ayından AMEA Fizika İnstitutunda laborant, baş laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. 1973-cü ildə Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində Moskvadakı Elmi-Tədqiqat Tətbiqi Fizika İnstitutunun Bakı filialı yaradılıb və Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Fizika İnstitutundan bir neçə nəfər, o cümlədən Fikrət İsmayılov həmin instituta keçib. Həmin vaxtdan keçmiş SSRİ-nin süqutuna qədər orada fəaliyyət göstərib. SSRİ dağılandan sonra isə həmin institut Foto-Elektronika İnstitutu adı ilə Milli Elmlər Akademiyasının tabeçiliyinə verilib. Sonradan isə Fizika İnstitutu ilə birləşdirilib və Fikrət İsmayılov Fizika İnstitutunda laboratoriya rəhbəri kimi fəaliyyət göstərib. Fizika-riyaziyyat elmləri doktoru, professor F.İsmayılov 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransından etibarən Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olub. Birinci çağırış (1995-2000) Milli Məclisin deputatı olub. 1993-cü il fevralın 20-dən YAP Yasamal rayon təşkilatına rəhbərlik edib.