Polisə tabeçilik göstərməyən şəxsin avtomobilindən və evindən külli miqdarda narkotik və silah-sursat götürülüb. Polisə tabeçilik göstərməyən şəxsin avtomobilindən və evindən külli miqdarda narkotik və silah-sursat götürülüb.

Polis əməkdaşını avtomobillə vurdu və qaçdı

Polisə tabeçilik göstərməyən şəxsin avtomobilindən və evindən külli miqdarda narkotik və silah-sursat götürülüb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Martın 30-da saat 12 radələrində Astara şəhərində Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Ayaz Hüseynov xidmətdə olarkən özünü şübhəli aparan "Kia" markalı avtomobilin sürücüsü Seymur Əliyevə yaxınlaşıb sənədlərini təqdim etməsini tələb edib.
Tabeçilik göstərməyən S.Əliyev avtomobili hərəkətə gətirərək polis əməkdaşına ayaq nahiyəsindən xəsarət yetirib. Sonra isə düşərək hadisə yerini tərk edib.

A.Hüseynovun avtomobilinə baxış zamanı 250 qram heroin, evindən isə 1 kiloqram 100 qram tiryək, 20 qram həşiş, 1 qram antefamin həbi, 1 ədəd müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng, 54 ədəd patron və 1 ədəd beşbarmaq-bıçaq aşkar edilərək götürülüb.

Faktla əlaqədar əməliyyat-axtarış tədbirləri aparılır.