Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı tutulub. Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı tutulub.

Suriyada vuruşan Azərbaycan vətəndaşı tutuldu

Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı tutulub.


APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Bakı sakini, 1989-cu il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Aparılan araşdırmalar zamanı onun Suriya və İraqda İŞİD silahlı birləşməsinin tərkibində döyüşlərdə iştirak etdiyi məlum olub.

Onun barəsində həbs qətimkan tədbiri seçilib və araşdırma aparılır.