16:35
(077) 610-22-33

Bakıda bir nəfər quyuya düşdü

  • >
896 2 Aprel 2015 09:03 | Hadisə

Bakıda bir nəfər quyuya düşüb.



AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə əsasən 1 nəfərin quyuda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində məlum olub ki, vətəndaş dərinliyi 1,5 metr olan çuxura düşüb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı çuxurdan çıxarıblar.
Bağla X