Martın 15-dən 29-dək olan müddətdə Bakı şəhər sakini Elşad Rəfiyevə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb. Martın 15-dən 29-dək olan müddətdə Bakı şəhər sakini Elşad Rəfiyevə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.

Avtomobili qaçırdı və qəza törətdi

Martın 15-dən 29-dək olan müddətdə Bakı şəhər sakini Elşad Rəfiyevə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, qaçırılan avtomobil mart ayının 28-də Hacıqabul rayonunun Padar kəndində Göyçay rayon sakini Lətif Kərimov tərəfindən idarə edilərkən Ağdam rayon sakini Nazim Yolçuyevin idarə etdiyi "KamAZ" markalı avtomobillə toqquşub.

Nəticədə L.Kərimov xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Avtomobil isə Kürdəmir rayonundakı cərimə meydançasına aparılıb.