- Köhnə - Hadisə
- 2 Aprel 2015 16:26
- 1 918
Bakıda ev yandı
Bakıda birmərtəbəli evdə yanğın olub.
AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının taxtadan ibarət divar üzlüyü 1 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.