- Köhnə - Hadisə
- 2 Aprel 2015 17:30
- 3 842
“Fəhlələr maaşlarını vaxtında alır” - Aksiya xəbərinə reaksiya
Nərimanov Rayon İcra Hakimiyyəti “İLK İnşaat” tikinti şirkətində işləyən fəhlələrin aksiya keçirməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
İcra Hakimiyyətindən AzNews.az-a verilən məlumata görə, hadisə məişət zəminində baş verib. Fəhlələr yemək növbəsinə dayanan zaman aralarında mübahisə baş verib.İH-dən bildirilib ki, maaşların bir neçə aydır verilməməsi ilə bağlı məlumatlar əsassızdır və fəhlələr maaşlarını hər ay vaxtında alırlar.
Qeyd edək ki, bəzi KİV-lərdə bu gün "İLK İnşaat" tikinti şirkətində fəhlələrin etiraz aksiyası keçirməsi ilə bağlı məlumat yayılmışdı.
Məlumata deyilirdi ki, fəhlələr bir neçə aydır maaş ala bilmədiklərindən narazılıq ediblər.