Bakıda işdən çıxarılaraq sərəncama göndərilən polis zabitlərindən biri yenidən daxili işlər orqanlarına qaytarılıb. Bakıda işdən çıxarılaraq sərəncama göndərilən polis zabitlərindən biri yenidən daxili işlər orqanlarına qaytarılıb.

İşdən çıxarılan polis zabiti vəzifəsinə qaytarıldı

Bakıda işdən çıxarılaraq sərəncama göndərilən polis zabitlərindən biri yenidən daxili işlər orqanlarına qaytarılıb.


AzNews.az Report-a istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsinin (PB) keçmiş baş təhqiqatçısı, polis mayoru Mehbalı Rzayev yeni vəzifəyə təyin olunub.

Müvafiq əmrə əsasən, M.Rzayev Səbail RPİ-nin 9-cu PB-nin baş əməliyyat müvəkkili vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Nizami RPİ 24-cü Polis Bölməsinin iki əməkdaşı işdən çıxarılıb. PB-nin keşmiş baş təhqiqatçısı, polis mayoru Mehbalı Rzayev və təhqiqatçı, polis kapitanı Cəmil Əkbərov işlərində yol verdikləri nöqsanlara görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə sərəncama göndərilmişdi.