18:50
(077) 610-22-33

Bulvarda qadına 10 min manat “atdılar“

  • >
1 584 6 May 2015 14:37 | Hadisə

Bakıda baş vermiş dələduzluq əməli ilə bağlı polisə müraciət daxil olub.


AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Səbail rayon Polis İdarəsinə müraciət edən 1951-ci il təvəllüdlü Allahverdiyeva Əminə Firudin qızı tanışı tərəfindən aldadıldığını deyib.

64 yaşlı qadın şikayət ərizəsində qeyd edib ki, bir müddət əvvəl Məhərrəm adlı tanışına oğlu Emili nazirliklərdən birinə işə düzəltmək üçün 9900 manat verib. Onlar Neftçilər prospekti 67 ünvanının qarşısında, Bakı bulvarının kənarında görüşüblər və pul burada təqdim edilib. Lakin həmin şəxs verdiyi vədi yerinə yetirməyib və pulu geri qaytarmaqdan da imtina edib.

Hazırda müraciət əsasında araşdırmalar aparılır.
Bağla X