Bakı və Beyləqanda yanğın hadisəsi qeydə alınıb. Bakı və Beyləqanda yanğın hadisəsi qeydə alınıb.

Bakı və Beyləqanda ev yandı

Bakı və Beyləqanda yanğın hadisəsi qeydə alınıb.



AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda sahibi məlum olmayan ümumi sahəsi 40 kv.m olan istifadəyə yararsız evdə yanğın baş verib. Nəticədə evin dam örtüyü 30 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Beyləqan rayonunda ümumi sahəsi 56 kv.m olan birmərtəbəli 2 otaqlı evdə yanğın olub. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


AzNews.az