- Köhnə - Hadisə
- 11 May 2015 11:49
- 2 213
ABŞ-da baykerlər arasında atışma: 1 ölü, 3 yaralı
ABŞ-ın Nyu-Cersi ştatında bayk-şou zamanı baykerlər arasında atışma olub. Nəticədə bir nəfər ölüb, 3 nəfər isə yaralanıb.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı NBC telekanalı yayıb.
"New York Daily News" qəzeti yazır ki, ölən yeniyetmə olub. Hadisənin hansı səbəbdən baş verməsi bilinmir.
Qeyd edək ki, hər ilin bu vaxtında keçirilən bayk-şou motosezonun açılışına həsr olunub.
Mərasimə minə yaxın insan qatılıb.