Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

54 yaşlı qadını maşın vurdu

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.



Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, hadisə axşam saat 20:00 radələrində Gəncə-Göygöl yolunun 1-ci km-də - Kəlbəcər Mərkəzi Rayon Xəstəxanasının qarşısında qeydə alınıb.

Yolu keçmək istəyən piyada – Göygöl rayon sakini 54 yaşlı Əfruz İspəndiyarova avtomobil tərəfindən vurulub. Yaralı dərhal qəzanı törədən sürücü tərəfindən Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Ona kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.