Bu gün hüquq-mühafizə orqanları tərəfindən tutulan “Avesta” konserninin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmliyə yaxın olan 2 nəfərin də saxlanıldığı haqda xəbər yayılıb. Bu gün hüquq-mühafizə orqanları tərəfindən tutulan “Avesta” konserninin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmliyə yaxın olan 2 nəfərin də saxlanıldığı haqda xəbər yayılıb.

Hacı İbrahimin həbsilə bağlı yeni məlumatlar - 2 adamı da saxlanıldı

Bu gün hüquq-mühafizə orqanları tərəfindən tutulan “Avesta” konserninin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmliyə yaxın olan 2 nəfərin də saxlanıldığı haqda xəbər yayılıb.

Bu haqda AzNews.az-a "Xəzər adaları" layihəsində çalışan vəzifəli şəxslərdən biri deyib.

Onun sözlərinə görə, saxlanılanlar Hacı İbrahimin maliyyə işlərinə baxan şəxslərdir.

Məlumat üçün bildirək ki, Musavat.com saytı Hacı İbrahimin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıldığı və dindirildiyi ilə bağlı məlumat yayıb.

"Avesta" şirkətindən verilən məlumata görə, Hacı İbrahimi Beynəlxalq Bankla bağlı gedən istintaqa görə ifadə almağa dəvət ediblər: "Onun istintaqa çəlb edilməsinin "Xəzər adaları" layihəsi ilə heç bir əlaqəsi yoxdur. İstintaqa da özü gedib. Hazırda da oradadır (saat 15.20). Onun həbs ehtimalı yoxdur. Saat 18 radələrində BMCMİ-dən çıxması gözlənilir".

Qeyd edək ki, Hacı İbrahim Nehrəmlinin saxlanıldığı haqda yayılan ilk xəbəri BURADAN oxuya bilərsiniz.