Azərbaycan Mətbuat Şurasının müraciəti əsasında Baş Prokurorluqda aparılan araşdırmalar nəticəsində məlum olub ki, Jurnalist Araşdırma Mərkəzinin (jam.az) internet saytında müxtəlif dövrlərdə həqiqətə uyğun olmayan, qərəzli, insanların şərəf və ləyaqətini alçaldan, eyni zamanda onları nüfuzdan salan böhtan və təhqir xarakterli informasiyalar yayılıb. Azərbaycan Mətbuat Şurasının müraciəti əsasında Baş Prokurorluqda aparılan araşdırmalar nəticəsində məlum olub ki, Jurnalist Araşdırma Mərkəzinin (jam.az) internet saytında müxtəlif dövrlərdə həqiqətə uyğun olmayan, qərəzli, insanların şərəf və ləyaqətini alçaldan, eyni zamanda onları nüfuzdan salan böhtan və təhqir xarakterli informasiyalar yayılıb.

Prokurorluq baş redaktora xəbərdarlıq etdi

Azərbaycan Mətbuat Şurasının müraciəti əsasında Baş Prokurorluqda aparılan araşdırmalar nəticəsində məlum olub ki, Jurnalist Araşdırma Mərkəzinin (jam.az) internet saytında müxtəlif dövrlərdə həqiqətə uyğun olmayan, qərəzli, insanların şərəf və ləyaqətini alçaldan, eyni zamanda onları nüfuzdan salan böhtan və təhqir xarakterli informasiyalar yayılıb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, bununla bağlı agentliyin rəhbəri Fikrət Fəraməzoğlu Baş Prokurorluğa dəvət edilib və ona "Prokurorluq haqqında" qanunun tələblərinə müvafiq olaraq qərəzli, reallığa uyğun olmayan, böhtan və təhqir xarakterli məlumatların yayılmasına son qoyulması tələbi qoyulub: "Gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəyi təqdirdə Fikrət Fəraməzoğluna qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib".