Maliyyə xəyanətində suçlanaraq həbs olunduğu bildirilən sabiq millət vəkili Dünyamin Xəlilovun obyekti polis nəzarətinə götürülüb. Maliyyə xəyanətində suçlanaraq həbs olunduğu bildirilən sabiq millət vəkili Dünyamin Xəlilovun obyekti polis nəzarətinə götürülüb.

Sabiq deputatın obyektində kütləvi həbslər - 60 milyonluq yeyinti

Maliyyə xəyanətində suçlanaraq həbs olunduğu bildirilən sabiq millət vəkili Dünyamin Xəlilovun obyekti polis nəzarətinə götürülüb.


AzNews.az-a daxil olan məlumata görə, bu gün səhər saatlarından başlayaraq DİN və Vergilər Nazirliyinin əməkdaşları Globus Plazanı tam nəzarətə götürüb. Polislər ticarət mərkəzindən çıxanları təftiş edir, Vergilər Nazirliyinin əməkdaşları isə mərkəzdəki obyektlərdə kassaları yoxlayırlar.

Bəzi mağazalarda kassaların tamamilə bağlandığı, alış-verişin dayandırıldığı və mərkəzin maliyyə şöbəsinin möhürləndiyi deyilir.

Daxil olan digər məlumata görə, ticarət mərkəzində çalışan müsahiblərin hər birinin evində axtarış aparılıb, müəyyən sənədlər və bəzi əmlakları müsadirə edilib. Mühasiblərin özləri isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ("Bandotdel") aparılıb.

Globud Plazada çalışanların dediklərinə görə, sabiq deputatın həbs olunmasına səbəb onun dövlətə 60 milyon dollar ziyan vurmasıdır. Bundan başqa, onlar D.Xəlilovu mərkəzdə çalışan 300-dən artıq işçinin maaşını verməməkdə, işçilərlə bağladığı müqavilənin şərtlərini pozmaqda ittiham edirlər.

Qeyd edək ki, bir neçə gündür Azərbaycanda maliyyə fırıldağı ittihamı ilə bir qrup iş adamlarının həbsi ilə bağlı məlumatlar yayılıb. Onlar korrupsiyada, maliyyə fırıldaqlarında, dövlətə məxsus vəsaitləri mənimsəməkdə ittiham olunurlar. Bildirilir ki, həmin şəxslərin əməlləri haqda informasiyalar araşdırılıb və bu fırıldaqlarda iştirak edən hər kəsin cəzalandırılması ilə bağlı adıımlar atılması qərara alınıb. Artıq həbs olunanlardan "Xəzər İsland" ın rəhbəri Hacı İbrahim Nehrəmlinin, neft oliqarxı Nizami Piriyevin, Bayraq Meydanının bir neçə gün əvvəl işdən qovulan rəhbəri Rəşad Məmmədovun adı açıqlanıb.

Nigar
AzNews.az