Bu gecə saat 04 radələrində Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda silahlı şəxs saxlanılıb. Bu gecə saat 04 radələrində Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda silahlı şəxs saxlanılıb.

Bakı aeroportunda silahlı şəxs

Bu gecə saat 04 radələrində Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda silahlı şəxs saxlanılıb.


"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin ANS PRESS-ə verdiyi məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı Vaqif Saleh oğlu İsmayılovun üzərində yoxlama aparılıb.

Yoxlama işləri Aviasiya Təhlükəsizliyi İdarəsinin əməkdaşları tərəfindən Ukraynaya gedəcək təyyarəyə minik başlarkən keçirilib.

Yoxlanış zamanı Vaqif İsmayılovun üzərindən "Makarov" tipli tapança tapılıb. Saxlanılan şəxsin üzərindən tapança ilə yanaşı, 1 ədəd daraq və 6 ədəd döyüş patronun aşkar edilərək götürülüb.

Saxlanılan şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.