Bəzi küçə və prospektlərdə hərəkət növbəli şəkildə tam məhdudlaşdırılacaq. Bəzi küçə və prospektlərdə hərəkət növbəli şəkildə tam məhdudlaşdırılacaq.

Bu gecə Bakıda bağlanacaq yolların- SİYAHISI

Bəzi küçə və prospektlərdə hərəkət növbəli şəkildə tam məhdudlaşdırılacaq.



Bu gecə bir neçə küçə və prospektdə "Oyunlar zolağı"nın işarələnməsi işləri əlaqədar olaraq hərəkət məhdudlaşdırılacaq. "Azəryolservis" ASC-dən AzNews.az-a verilən məlumata görə, işarələnmə işləri Atatürk prospekti, Vaqif küçəsi, Hənifə Ələsgərov küçəsi və Tbilisi prospektində aparılacaq. Bu səbəbdən axşam saat 22:00-dan səhər saatlarınadək adı çəkilən küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti növbəli şəkildə tam olaraq məhdudlaşdırılacaq. Yəni bir küçədə işlər yekunlaşdıqdan sonra digər küçədə "Oyunlar zolağı"nın çəkilişi həyata keçiriləcək. Sürücülərdən göstərilən müddət ərzində həmin küçə və prospektlərdən imkan daxilində istifadə etməmək tövsiyə olunur və aparılan işlərə anlayışla yanaşmaları xahiş edilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində "Oyunlar zolağı"nın işarələnməsi işlərinə aprelin 27-dən start verib. Eni 3,75 metr olan "Oyunlar zolağı"nın kənarlarında 15 santimetr enində sarı xətt və asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkilir.

Ümumiyyətlə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tikinti və təmir işləri sürətlə davam etdirilir. Bütün növ çatışmayan yol nişanları, göstərici lövhələr quraşdırılır və nişanlama xətlərin çəkilməsi işi aparılır. Bütün işlər tərtib olunmuş qrafik üzrə həyata keçirilir.