“Bakıda hələ çox binalar yanacaq”. “Bakıda hələ çox binalar yanacaq”.

Dəhşətli binada təxribat versiyası: “Bu variant istisna deyil”

“Bakıda hələ çox binalar yanacaq”.



Bunu AzNews.az-a millət vəkili İqbal Ağazadə Bakının Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən dəhşətli yanğın hadisəsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu hadisə ilə bağlı dövlət qurumları rəsmi qərar verməlidir: "Bu, ikinci, ya da üçüncü olmayacaq. Belə getsə, 5-ci də ola bilər. Allah bizi belə insan ölümlərindən qorusun. Xətai rayonunda bina yanarkən parlamentdə bu məsələni qaldırdıq. Bildirdik ki, odadavamlı olmayan materialları yaşayış binalarının üzərinə üzləməklə insanların həyatını təhlükəyə atmaq olmaz".

İ.Ağazadənin fikrincə, I Avropa Oyunları başa çatan kimi bununla bağlı qərar verilməli və o tikinti materiallarının hamısı ləğv olunmalıdır. Millət vəkili hesab edir ki, yanğın hadisəsi I Avropa Oyunları ərəfəsində təxribat xarakterli də ola bilər: "İndiki məqamda təxribatı istisna etmirəm. Ona görə də bu gündən etibarən belə binalara nəzarət gücləndirilməlidir".

Bahar RÜSTƏMLİ
AzNews.az