19:05
(077) 610-22-33

Cahangir Hacıyevin “Bandotdel”də olması ilə bağlı xəbərlər yayıldı

  • >
2 534 20 May 2015 23:21 | Hadisə

Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyev DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.



AzNews.az xəbər verir ki, məlumatı "Azadlıq" qəzeti yayıb. Onun barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi barədə hələlik məlumat yoxdur.

Xatırladaq ki, bir neçə həftədir ki, Azərbaycanda "Beynəlxalq Bank"a krediti olan bir neçə məşhur iş adamı həbs olunub. Onlardan bəziləri "Bandotdel"də dindiriləndən sonra buraxılsa da, bir neçəsi ilə bağlı həbs qətimkan tədbiri seçilib.

Həbs olunanlar arasında neft oliqarxı Nizami Piriyev, "Globus Plaza"nın sahibi, eks-deputat Dünyamin Xəlilov, "Azimport" şirkətinin sahibi, Bayraq Meydanının eks-rəisi Rəşad Məmmədov, "İnter Glass" şirkətinin prezidenti Fariz Muradov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov və başqaları var.
Bağla X