07:57
(077) 610-22-33

Binəqədidə “penoplast” üzlüyü söküləcək binaların sayı açıqlandı – Rəsmi

  • >
2 181 21 May 2015 16:12 | Hadisə

“Binəqədi rayonu ərazisində yerləşən 5 binanın “penoplast” üzlüklərinin sökülməsi üçün göstəriş verilib”.


Bunu AzNews.az-a Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Nuridə Allahyarova bildirib.

O, qeyd edib ki, təkçə Binəqədi rayonu ərazisində 24 bina "penoplast" üzlüklərlə əhatələnib: "Penoplast"ı söküləcək 5 binaların hamısı "Azadlıq" prospektində yerləşir. Onlardan biri yanan binadır. İstər I Avropa Oyunlarına kimi, istərsə də ondan sonra bu binaların üzlükləri söküləcək. Əsas odur ki, insanları bu faciədən vaxtında xilas edək".

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X