- Köhnə - Hadisə
- 21 May 2015 23:43
- 2 647
“Neft Daşları”nda quyu istismara verildi
Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Neft Daşları” yatağındakı 915 saylı meydançadan 2075 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
AzNews.az SOCAR-ın saytına istinadən xəbər verir ki, quyu Məhsuldar Qatın VIII horizontundan fontan üsulu ilə məhsul verib, 2173-2158 metr intervaldan sutkalıq 24 ton neft hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri "Neft Daşları" NQÇİ tərəfindən həyata keçirilir.